“Liverpul”la oyunu səbirsizliklə gözləyir

16:21 5 Mart 2023

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 26-cı turunun “Liverpul”la oyunundan öncə danışıb.

 

Sportarena.az “utdreport”-a istinadən xəbər verir ki, o, görüşü səbirsizliklə gözlədiyini bildirib:

“Düşünürəm ki, komandanın düşərgəsinə qayıdan futbolçuları “Liverpul”la oyunda görə bilərik. Luk Şounun qayıtmasını səbirsizliklə gözləyirik. Ceydon Sanço xəstələnmişdi. Onu da gözləyirik.

Matçı səbirsizliklə gözləyirəm. Çünki stadiondakı ab-hava əla olacaq. Bu amil bizim düşmənimiz kimi görünə bilər, amma bunu bəyənirik”.

 

Qeyd edək ki, “Liverpul” – “Mançester Yunayted” matçı bu gün, saat 20:30-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti