"Komandanın çıxışından razı qaldım. Futbolçularım "Qarabağ"dan çəkinmədilər".
Sportarena.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis dominant oyun göstərməyə çalışdıqlarını bildirib:
"Amna qonaqlar təzyiq göstərdiyinə görə müəyyən boşluqlar verdik. Top rəqibdə olanda müdafiədə oturmalısan. Sadəcə, komandadan daha öndə müdafiə olunmağı tələb edirik. Biz o kollektivlərdən deyilik ki, 90 dəqiqə müdafiəyə qapanaq, əks-hücumlara bel bağlayaq".
O, həlledici zərbələr zamanı çatışmazlıqların olduğunu gizlətməyib:
"Həmin epizodları yaratmaq özü də güc tələb edir. Hər matçda qol fürsətləri yaxalayırıq. Sadəcə, dəyərləndirməkdə çətinlik var. Meydanda gördüklərimiz bizə inam verir. Komanda hücumda istədiyimiz kimi çıxış edir".
Baxşıyevin "Qəbələ"nin hazırda Premyer Liqada ən çox legioner oyunçusu olan komanda olmasına da münasibət bildirib:
"Sizin işiniz statistikaya baxmaqdır. Bu gün 5 legioner, 6 azərbaycanlı oynayırdı. Mən milliyətə fikir vermirəm. 23 futbolçumuz var. Kim layiqdirsə, o da oynayır".