"Trabzospor"un prezidenti Əhməd Ağaoğlunun istefa verməsinin səbəbləri bəlli olub.
Sportarena.az "TMW" portalına istinadən xəbər verir ki, klub hazırda maddi sıxıntı ilə üzləşib.
Belə ki, klub ayın sonuna kimi 12,5 milyon avro borcunu ödəməlidir.
Əks halda, klub müxtəlif qadağalarla üzləşəcək. Xatırladaq ki, Qaradəniz təmsilçisi ötən mövsüm Superliqanın çempionudur.