Mahir Emrelinin komandasından heç-heçə, “Beşiktaş”dan çətin qələbə - VİDEO

09:25 6 Mart 2023

Türkiyə Super Liqasında 24-cü turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

 

Azərbaycanlı futbolçu Mahir Emrelinin debüt etdiyi və ilk 58 dəqiqədə meydanda olduğu “Konyaspor” – “Girəsunspor” matçında hesab açılmayıb. “Beşiktaş” isə doğma meydanda “Ankaragücü” üzərində çətin qələbəyə sevinib.

 

Türkiyə Super Liqası

24-cü tur

5 mart

Konyaspor – Girəsunspor 0:0

 

Beşiktaş – Ankaragücü 2:1

Qol: S.Uçan, 40. Abubakar, 55 – Sou, 53.


Digər xəbərlər

Xəbər xətti