“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 26-cı turunda “Liverpul”a məğlub olub (0:7).
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 1931-ci ildən sonra ən böyük hesablı məğlubiyyətini yenidən təkrarlayıb.
Öncədən Mançester təmsilçisi eyni hesabla “Blekbern” (1926), “Aston Villa” (1930) və “Vulverhempton”a (1931) da uduzub, “Liverpul”la oyunda (2023) antirekord qeydə alınıb.