“Roma”nın yarımmüdafiəçisi Nemanya Matiç klubla müqaviləsini yeniləməyə yaxındır.
Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçi klubda Joze Mourinyonun rəhbərliyi altında çıxışını davam etdirmək istəyir.
“Roma” 34 yaşlı futbolçuya 2024-cü ilin yayına qədər nəzərdə tutulan yeni – bir illik müqavilə təklif etməyə hazırdır.
Matiçin “Roma” ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.
O, əvvəllər “Çelsi”, “Benfika” və “Mançester Yunayted”də çıxış edib.
Matiç bu mövsüm “Roma”nın heyətində 24 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.