PSJ-də Neymar şoku: Mövsümü erkən başa vurdu

21:21 6 Mart 2023

Fransanın PSJ klubunun futbolçusu Neymar 2022/23 mövsümünü erkən başa vurub.

 

Sportarena.az xəbər verir ki, bu barədə Paris təmsilçisi məlumat yayıb.

 

Braziliyalı hücumçu dabanındakı zədələrlə əlaqədar riskə getməmək və əməliyyat olunmaq qərarına gəlib. Əməliyyat yaxın günlərin birində Dohada baş tutacaq. Futbolçunun təxminən 3-4 ay sonra məşqlərə başlayacağı bildirilib.

 

Xatırladaq ki, Neymar cari mövsüm bütün turnirlərdə PSJ-nin heyətində keçirdiyi 29 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.


Digər xəbərlər

Xəbər xətti