"Barselona" yay transfer pəncərəsi zamanı heyətini yeni futbolçu ilə gücləndirə bilər.
Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisi "Mançester Siti"nin müdafiəçisi Emerik Laportla maraqlanır. Son zamanlar "şəhərlilər"in əsas heyətində yerini itirən 28 yaşlı oyunçu özü də "Barselona"ya keçməyə isti yanaşır.
"Mançester Siti" Emerik Laportu 2018-ci ilin yanvar ayında "Atletik"dən transfer edib. İspaniyalı mərkəz müdafiəçisi cari mövsümdə komandanın heyətində meydana çıxdığı 15 matçda 1 qol ötürməsi ilə yadda qalıb.