“Trabzonspor” FIFA tərəfindən sanksiya ilə üzləşə bilər

19:28 6 Mart 2023

Türkiyənin “Trabzonspor” klubu FIFA tərəfindən sanksiya ilə üzləşə bilər.

 

Sportarena.az xəbər verir ki, buna səbəb Qara dəniz təmsilçisinin futbolçularına məvaciblərini verməməsidir.

 

Konkret olaraq 3 əcnəbi oyunçu Bruno Peres, Jan-Filipp Qbamen və Yens Larsen alacaqları vaxtında ödənilmədiyi üçün kluba xəbərdarlıq ediblər. Qısa müddətdə oyunçuların məvacibi verilməsə, onlar FIFA-ya şikayət edəcəklər. Bu isə “bordo-mavililər”in ciddi cəzaya məruz qalmasına yol aça bilər.

 

Qeyd edək ki, martın 4-də Super Liqanın XXIV turunda “Trabzonspor”un “Umraniyespor”a 1:2 hesabı ilə məğlub olduğu son oyunda Peres və Larsen 90 dəqiqə meydanda olub, Qbamen ehtiyatda qalıb.


Digər xəbərlər

Xəbər xətti