İspaniyanın “Real Sosyedad” klubu müdafiəçisi Arits Elustondo ilə müqavilənin müddətini uzadıb.
Sportarena.az xəbər verir ki, 28 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2026-cı ilin yayına kimi La Liqa təmsilçisinin uğurları üçün çalışmağa davam edəcək.
Elustondo bu mövsüm La Liqa çərçivəsində 16 oyuna çıxıb. O, bu matçlarda 4 sarı və 1 qırmızı vərəqə ilə yadda qalıb.