Türkiyənin “İstanbulspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisinin yeni transferlərindən biri “Adana Dəmirspor”un müdafiəçisi Simon Delidir.
Fil Dişi Sahili yığmasının üzvü mövsümün sonuna kimi icarəyə götürülüb. 31 yaşlı mərkəz müdafiəçisi 2021-ci ildən oynadığı “Adana Dəmirspor”da cəmi 19 oyuna çıxıb. O, daha öncə “Slaviya” (Praqa), “Brügge”, “Dinamo” (Çeske Budeyevitse), “Pribram” və “Sparta” (Praqa) klublarının da formasını geyinib, Fil Dişi Sahili yığmasında 24 oyun keçirib.
“İstanbulspor” Türkiyədəki dəhşətli zəlzələdən sonra Super Liqadan çəkilən “Hatayspor” və “Qaziantep”dən də futbolçular transfer edib. Belə ki, “Qaziantep”in müdafiəçisi Ertuğrul Ersoyla “Hatayspor”un yarımmüdafiəçisi Onur Ergün də bu mövsümün sonuna kimi icarəyə götürülüb.
Ersoy 2021-ci ildən oynadığı “Qaziantep”də 52 oyuna 3 qol vurub. Ergün də 2021-ci ildən “Hatayspor”da forma geyinirdi. O, bu komandanın heyətində 46 oyuna 2 qol vurub. 30 yaşlı yarımmüdafiəçi daha öncə məhz “İstanbulspor”da oynayıb və bu komandada 249 matçda 45 qola imza atıb.