"Xahiş edirəm, Messini rahat buraxın"

10:33 7 Mart 2023

“Nyuels Old Boys”un baş məşqçisi Qabriel Hayntse PSJ-nin futbolçusu Lionel Messinin Argentina klubuna qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Sportarena.az “footmercato”-ya istinadən xəbər verir ki, o, son dünya çempionu ilə bağlı suallara cavab verməkdə utandığını deyib:

“Onunla bağlı suallara cavab verməyə utanıram. Qayıdıb-qayıtmayacağı ilə qərar verə biləcək yeganə şəxs özüdür. Onun öz seçimləri var. Heç kim geri dönməyə borclu deyil.

Xahiş edirəm, Messini rahat buraxın. İcazə verin ki, o, bizi sevindirməyə davam etsin. Harada çıxış etməyindən asılı olmayaraq, xoşbəxt olmağını istəyirəm”.

 

Öncədən futbolçunun atası “Barselona”nın prezidenti Xuan Laporta danışıqlar aparıb. Bu müddətdə cənubi amerikalı oyunçunun La Liqa klubuna qayıtmaq məsələsi müzakirə edilib.

 

Qeyd edək ki, argentinalı futbolçunun PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.


Digər xəbərlər

Xəbər xətti