Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Konfrans Liqasında növbəti dəfə təyinat alıb.
Sportarena.az xəbər verir ki, təcrübəli hakim Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində martın 9-da Moldovada keçiriləcək “Şerif” (Moldova) – “Nitsa” (Fransa) qarşılaşmasını idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.