Türkiyənin "Trabzonspor" komandasının baş məşqçisi Abdullah Avcı istefa verdiyini təsdiqləyib.
Sportarena.az xəbər verir ki, 60 yaşlı mütəxəssis bu barədə özünün tviter hesabında paylaşım edib.
"Çox sevdiyim "Trabzonspor"la və bu şəhərin gözəl insanları ilə heç bir maliyyə tələbi olmadan, qeyd-şərtsiz və gözləntisiz vidalaşmağın vaxtıdır", - Avcı yazıb.