İtaliyada “ən yaxşı” Osimhen seçildi

22:24 7 Mart 2023

“Napoli”nin hücumçusu Viktor Osimhen İtaliyada “ilin ən yaxşı əcnəbi idmançısı” elan edilib.

 

Sportarena.az xəbər verir ki, Nigeriyadan olan 24 yaşlı futbolçu bu ada 2022-ci il ərzində göstərdiyi performansa görə layiq görülüb.

 

Futbolçunun mükafatlandırılma mərasiminə “Napoli”nin prezidenti Aurelio De Laurentis də qatılıb.

 

Osimhen bu mövsüm A Seriyasında vahid lider olan “Napoli”nin uğurlu çıxışında əsas pay sahiblərindən biridir. O, cari mövsümdə İtaliya çempionatında meydana çıxdığı 22 oyunda 19 qol vurub.


Digər xəbərlər

Xəbər xətti