Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün seçmə mərhələsinin 6-cı qrupunda son oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, Joze Alesionun rəhbərlik etdiyi kollektiv Polşanın qonağı olub.
Yığmamız rəqibi ilə səfərdə bacarmayıb.
Əlavə edək ki, bu məğlubiyyətə baxmayaraq, Azərbaycan millisi elit-raunda vəsiqəni təmin edib.
Polşa – Azərbaycan 7:2
Qollar: Zastavnik 4, 28, 31, 33, Raşkovski 4, 28, Krezel 32 - Atayev 24, Amadeu 28
7 mart. Koşalin. İdman zalı. Saat 23:00
Hakimlər: Yaqnar Yakobson (Estoniya), İnqus Purins (Latviya), Qriqori Oşomkov (Estoniya)
Timekiper: Marta Brudnicka (Polşa)
Hakim-inspektor: Silvo Borosak (Sloveniya)
UEFA nümayəndəsi: Joao Roça (Portuqaliya)
Millimiz qrupda Polşanı (4:0) və Yunanıstanı (7:0, 5:2) məğlub etmişdi.