“Real”ın sabiq yarımmüdafiəçisi Quti “Napoli”nin futbolçusu Xviça Kvaratsxeliyanın müsahibəsinə münasibət bildirib.
Gürcü futbolçu bildirib ki, Quti uşaqlıqda onun sevimli futbolçusu olub, ancaq köynəyini ala bilmədiyi üçün ağ formada qələmlə 14 rəqəmini yazıb.
Sportartena.az xəbər verir ki, Quti Kvaratsxeliyanı “Real”da çıxış etməyə dəvət edib:
“Mən Kvaratsxeliyanın kumiriyəm? Xviça, “Real”a gəl. Sənə bir köynək göndərəcəm”.
Qeyd edək ki, Quti 1995-2010-cu illərdə Madrid klubunda çıxış edib.