Gələn yay başa çatacaq müqaviləsini uzatmaq üçün klubla danışıqlar aparan “Mançester Yunayted”in qapıçısı David de Xea maaşının azaldılmasına razılaşıb.
Sportarena.az “The Telegraph”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” ispaniyalı futbolçunu əvəz edə biləcək qapıçı axtarışına çıxsa da, o, komandada qalmaq istəyir.
David de Xea 2011-ci ildən “Mançester Yunayted”də çıxış edir.