Fransanın PSJ klubu sabiq futbolçusu Hatem Ben Arfaya məhkəmədə uduzub.
Sportarena.az xəbər verir ki, Paris təmsilçisi 36 yaşlı hücumçuya dəymiş maddi və mənəvi ziyana görə 100 avro təzminat ödəyəcək.
Fransalı forvard 2016 - 2018-ci illərdə PSJ-nin formasını geyinib. O, 2017-ci ilin aprelindən 2018-ci ilin iyununadək əsas komandadan kənarlaşdırılıb. Bu səbəbdən məhkəməyə üz tutan futbolçu müqaviləyə əməl etmədiyinə görə keçmiş komandasından 7-8 milyon avro məbləğində təzminat tələb edib.
Qeyd edək ki, Hatem Ben Arfa PSJ-nin heyətində bütün turnirlər daxil olmaqla 32 oyun keçirib. O, 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.