Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.
Sportarena.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.
"Bayern" doğmam meydanda PSJ-ni qəbul edib. Münhen təmsilçisi hər iki oyunda rəqibini məğlub edərək (0:1 və 2:0) 1/4 finala yüksəlib.
"Milan" isə evdə məğlub etdiyi "Tottenhem"in qonağı olub. Matç qolsuz bərabərliklə bitib. Ümumi hesabda rəqibini üstəliyən "Milan" 1/4 finala yüksəlib.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
8 mart
Bayern (Almaniya) 2:0 PSJ (Fransa) (yekun)
İlk oyun - 1:0
Tottenhem (İngiltərə) 0:0 Milan (İtaliya) (yekun)
İlk oyun - 0:1