İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportarena.az xəbər verir ki, "şəhərlilər" "Sauthempton"un yarımmüdafiəçisi Romeo Laviyanın xidmətində maraqlıdır. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Mançester təmsilçisi belçikalı oyunçu üçün 40 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Sauthempton" Romeo Laviyanı mövsümün əvvəlində məhz "Mançester Siti"dən transfer edib. 19 yaşlı futbolçu Premyer Liqa klubunun heyətində meydana çıxdığı 22 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.