Azərbaycana görə Ukrayna millisində oynamaqdan imtina edib

19:52 8 Mart 2023

"Aleksandriya" komandasında çıxış edən Emil Mustafayev Azərbaycana görə Ukrayna millisində oynamaqdan imtina edib.

 

Sportarena.az xəbər verir ki, 22 yaşlı hücumameylli yarımmüdafiəçi bu barədə "fanday.net" saytına müsahibəsində deyib.

 

Gənc vinger bildirib ki, ötən ilin qışında Ukrayna Futbol Assosiasiyasından (UAF) təklif alsa da, bunu qəbul etməyib:

"Çünki bu təşəbbüsü daha əvvəl AFFA göstərib. Razılaşdıq ki, Azərbaycan yığmasında oynayacağam. Ona görə də artıq gec idi. Həmin vaxt Bakıya uçmalı idim. Artıq Azərbaycana söz vermişdim və buna sadiq qaldım".

 

Qeyd edək ki, Emil Mustafayev 2021-ci ilin noyabrından Azərbaycanın U-21 yığmasında çıxış edir.


Digər xəbərlər

Xəbər xətti