“Benfika”nın yarımmüdafiəçisi Joao Mario Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində ötən gecə keçirilən “Brügge” ilə cavab oyununda rəqib qapısına yol tapmaqla bu turnirdəki ardıcıl 5-ci matçında qol vurub.
Sportarena.az xəbər verir ki, Mario bu qol sayəsində klubun əfsanəvi futbolçusu Eysebionun (1963-1964) rekordunu təkrarlayıb.
Joao daha öncə PSJ, “Yuventus” və “Makkabi”ni məyus edibsə, 1/8 finalın hər iki görüşündə “Brügge”yə qol vurub.