İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi, hazırda “Midlsboro”nu çalışdıran Maykl Kerrik “Vest Hem”in sükanı arxasına keçə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Premyer Liqa klubu hazırda Çempionşipdə işləyən 41 yaşlı mütəxəssisi tezliklə yollarını ayıracağı Devid Moyesə əvəzləyici gətirməyə hazırlaşır.
Maykl Kerrikin “Midlsbro” ilə müqaviləsi 2025-ci ilə qədərdir. O, Çempionşip təmsilçisini 2022-ci ilin oktyabrından çalışdırır.