Konfrans Liqası: Günün nəticələri - YENİLƏNİB

01:56 10 Mart 2023

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, ikinci oyun günündə 7 qarşılaşma keçirilib.

 

Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Gent" Belçikada Türkiyə "Başakşehir"i ilə münasibətlərinə aydınlıq gətirib - 1:1.

 

Bu raundun cavab matçları martın 16-da olacaq.

 

UEFA Konfrans Liqası

1/8 final, ilk oyunlar

9 mart

AEK (Larnaka, Kipr) 0:2 "Vest Hem" (İngiltərə) (yekun)

"Şerif" (Moldova) 0:1 "Nitsa" (Fransa) (yekun)

"Anderlext" (Belçika) 1:1 "Vilyarreal" (İspaniya) (yekun)

"Fiorentina" (İtaliya) 1:0 "Sivasspor" (Türkiyə) (yekun)

"Lex" (Polşa) 2:0 "Yurqarden" (İsveç) (yekun)

"Bazel" (İsveçrə) 2:2 "Slovan" (Slovakiya) (yekun)

"Gent" (Belçika) 1:1 “Başakşehir” (Türkiyə) (yekun)

Qeyd edək ki,1/8 finalın ilk oyunu martın 8-də İtaliyada "Latsio" və Niderlandın "AZ Alkmaar" komandaları arasında keçirilib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 2:1.


Xəbər xətti