"Qarabağ"a qalib gələ bilirsənsə, fəxr etməlisən" - "Gent"in baş məşqçisi

10:11 9 Mart 2023

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsini ikinci pillədə bitirməyə layiq idi. Onlara qalib gələ bilirsənsə, fəxr etməlisən".

 

Sportarena.az "Nieuwsblad" nəşrinə istinadən xəbər verir ki, bunu "Gent"in baş məşqçisi Heyn Vanhazebruk Belçikada Türkiyənin "Başakşehir" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

 

59 yaşlı mütəxəssis "köhlən atların" qrupdakı sonuncu matçda Almaniyanın "Frayburq" komandası ilə heç-heçə (1:1) etdiyini xatırladıb.

 

Vanhazebruk 1/4 finala vəsiqə qazana biləcəklərini söyləyib:

"Başakşehir" bu mövsüm qarşılaşdığımız ən yaxşı komanda ola bilər. Amma "Qarabağ"ı da gözardı etməməliyik. UEFA Çempionlar Liqasının ilkin mərhələlərində üç ölkənin çempionunu mübarizədən kənarlaşdırmışdılar".

 

Qeyd edək ki, bu gün keçiriləcək "Gent" - "Başakşehir" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti