PSJ-nin ÇL “lənət”i

14:55 9 Mart 2023

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bayern” – PSJ (2:0) oyununda bir sıra maraqlı statistik məqamlar ortaya çıxıb.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ tarixində ilk dəfə bir mövsüm ərzində ÇL-də keçirdiyi bütün oyunlarda (8 matç) qol buraxıb.

 

Lionel Messi karyerasında 150-ci dəfə qitənin ən nüfuzlu klub turnirində start heyətdə meydana çıxıb. Argentinalı bunu bacaran üçüncü futbolçu olub. Sıralamada birinci yeri Kriştiano Ronaldo (178), ikinci pilləni isə İker Kasilyas (176) tutur.

 

Messi karyerasında ilk dəfə ardıcıl üç mövsüm Çempionlar Liqasının 1/4 finalına çıxa bilməyib. 36 yaşlı forvard son üç mövsümün hər birində 1/8 final səddini keçə bilməyib.

 

Bundan başqa, Messi 18 dəfə qatıldığı ÇL-in pley-off mərhələsində 4-cü dəfədir ki, qol vura bilməyib. O, ötən mövsüm, həmçinin 2005/2006 və 2006/2007 mövsümlərində də qrupdan sonrakı mərhələdə fərqlənməyib.

 

“Bayern” isə 21-ci dəfə Çempionlar Liqasında 1/4 finala adını yazdırıb. Almaniya təmsilçisi bu göstəricidə rekordçudur.

 

Komandalar arasında Parisdə keçirilən ilk matçda “Bayern” 1:0 hesablı qələbə qazanıb.


Digər xəbərlər

Xəbər xətti