“Bayern” UEFA Çempionlar Liqasının 1/8 finalının cavab qarşılaşmasında PSJ-ni məğlub edib (2:0).
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin matç Bundesliqa təmsilçisinin hücumçusu Erik Şupo-Motinq üçün əlamətdar olub. O, qitənin bir nömrəli klub turnirində start heyətdə meydana çıxdığı ardıcıl dördüncü matçda fərqlənib.
Nəticədə, kamerunlu forvard Almaniya klubunun keçmiş hücumçusu Roy Makayın nailiyyətini təkrarlayıb (2003/04 mövsümü).
İki oyunun nəticəsinə əsasən, Bundesliqa klubu Liqa 1 təmsilçisini 3:0 hesabı ilə məğlub edib və 1/4 finala adını yazdırıb.