PSJ-də baş məşqçi ilə bağlı qərar veriləcək

15:50 9 Mart 2023

PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandanın çalışdırıcısı Kristof Qaltenin gələcəyini həll edəcək toplantının keçirilməsini istəyir.

 

Sportarena.az “Relevo”-ya istinadən xəbər verir ki, böyük ehtimalla, toplantıda fransalı mütəxəssisin istefaya göndərilməsi ilə bağlı qərar veriləcək.

 

Qaltedən sonra PSJ-nin baş məşqçi postuna əsas namizəd artıq 2018-2020-ci illərdə komandaya rəhbərlik etmiş Tomas Tuxeldir.

 

PSJ 1/8 finalda “Bayern”ə uduzaraq (0:1; 0:2), UEFA Çempionlar Liqasından kənarda qalıb.

 

Qalte 2022-ci ilin iyulundan PSJ-yə rəhbərlik edir.


Digər xəbərlər

Xəbər xətti