Mövsümün sonunda PSJ ilə müqaviləsi bitən Lionel Messi gələcəyi ilə bağlı qərarını verib.
Sportarena.az xəbər verir ki, 35 yaşlı hücumçu Paris təmsilçisində qalacaq. Bu barədə Argentinanın "TYC Sport" nəşri məlumat yayıb. Təcrübəli futbolçu Fransa klubunda davam etmək istəyir.
Argentinalı ulduzla PSJ rəhbərliyi arasında yaxın günlərdə yeni sözləşmə ilə bağlı danışıqlar baş tutacaq.
Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayından PSJ-də çıxış edir. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 30 matçda 18 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.