“Mbappe mütləq PSJ-dən getməlidir”

09:32 10 Mart 2023

“Liverpul”un keçmiş futbolçusu Cimi Karrager UEFA Çempionlar Liqasının 1/8 finalının “Bayern” – PSJ cütünün cavab qarşılaşmasını (2:0) şərh edib.

 

Sportarena.az “CBS Sports”-a istinadən xəbər verir ki, o, Liqa 1 təmsilçisinin hücumçusu Kilian Mbappenin mütləq klubdan getməli olduğunu vurğulayıb:

“Mbappe mütləq PSJ-dən getməlidir. O, həqiqətən, bunu etməlidir. PSJ Çempionlar Liqasını qazanmaqdan çox uzaqdır. Düşünmürəm ki, hazırkı heyət qalsa, onların növbəti mövsüm işləri yaxşı olacaq. Mbappe “Real”a nə qədər tez qoşulsa, onun üçün bir o qədər yaxşı olar”.

 

24 yaşlı fransalı futbolçunun Paris klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

 

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən, PSJ “Bayern”ə 0:3 hesabı ilə uduzub və turnirlə vidalaşıb.


Digər xəbərlər

Xəbər xətti