Avstriya yığması AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyun ərəfəsində daha bir itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, müdafiəçi Filipp Lienhart zədələnib.
“Frayburq”un oyunçusu Avropa Liqasının 1/8 final mərhələsinin “Yuventus”la (0:1) səfər qarşılaşmasının ikinci hissəsində sıradan çıxıb və əvəzlənib.
O, bud nahiyəsindən xəsarət alıb. Bu səbəbdən millinin qarşıdakı matçlarına çağırılması gözlənilmir.
Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya ilə qarşılaşacaq. Öncədən yarımmüdafiəçi Ksaver Şlager və müdafiəçi David Alabanın Azərbaycan yığması ilə görüşü buraxacaqları bildirilib.