Azərbaycanlı şahmatçılar Serbiyanın Vrnyaçka Banya şəhərində təşkil olunan 23-cü şəxsi Avropa çempionatında növbəti görüşlərinə çıxıblar.
Sportarena.az xəbər verir ki, 7-ci turda Əhməd Əhmədzadə, Namiq Quliyev, Vüqar Rəsulov, Riad Səmədov, Elmar Atakişiyev, Nail Bəşirli qələbə qazanıb.
Nicat Abbasov, Vüqar Əsədli, Ülvi Sadıqov, Aydın Süleymanlı, Vüqar Manafov, Xaqan Əhməd, Məhəmməd Muradlı, Şahin Vəliyev “sülh”ə razılaşıblar.
Misrətdin İsgəndərov, Xəzər Babazadə, Ülviyyə Fətəliyeva isə məğlubiyyətlə üzləşib. Abdulla Qədimbəyli və Eltac Səfərlinin rəqibləri qarşılaşmaya çıxmayıblar.
Hazırda iti zəka sahiblərindən ən yaxşı göstərici Nicat Abbasova məxsusdur. O, bir pillə irəliləyərək 5,5 xalla 8-ci olub.
Avropa çempionatı martın 14-də yekunlaşacaq. Turnirdə 40 ölkədən 480-dən çox şahmatçı mübarizəni davam etdirir.