“Azarkeşlər qan görmək istəyirlər” - Tofik Musayev

10:49 10 Mart 2023

“Azarkeşlər Şabli ilə döyüşümüzdə qan görmək istəyirlər”.

 

Sportarena.az xəbər verir ki, bunu Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Tofiq Musayev (70 kq) “Bellator”da rusiyalı Aleksandr Şabli ilə keçiriləcək görüş barədə danışarkən deyib.

 

34 yaşlı idmançı Dünya Qran-prisinin 1/4 final mərhələsində baş tutacaq döyüş öncəsi iddialı danışıb. O, MMA-da tarix yazmaq arzusunda olduğunu söyləyib:

“Tam olaraq Şabli ilə döyüşə köklənmişəm. Rəqibim ayaq üstə yaxşı döyüşməyi bacarır. Əl və ayaq zərbələri qüvvətlidir. Güman edirəm ki, ayaq üstə maraqlı döyüş olacaq. Bura mənim üçün böyük arenadır. Tarix yazan idmançılar sırasında olmağa çalışıram”.

 

Musayev böyük liqalarda vuruşmağın çətin olduğunu vurğulayıb:

“Burada yer almaq hər bir idmançının arzusudur. Bu liqada müəyyən uğurlar əldə etmişəm. Turnirdə kifayət qədər güclü döyüşçülərlə mübarizə aparırsan. Əlbəttə ki, heç nə asan olmur. Ancaq nəyin bahasına olursa-olsun, istədiyim uğura çatmaqdan ötrü əlimdən gələni edəcəyəm”.

 

Qeyd edək ki, Tofiq Musayevlə Aleksandr Şabli arasında döyüş martın 11-də ABŞ-ın San-Xose şəhərində keçiriləcək. “Bellator”un mükafat fondu 1 000 000 ABŞ dollarıdır. İndiyə qədər Şabli MMA-da keçirdiyi 25 görüşdə 22 qələbə, Musayev isə 22 döyüşdə 18 qələbə qazanıb.


Digər xəbərlər

Xəbər xətti