“PSJ məğlubiyyətə layiq idi”

13:49 10 Mart 2023

Fransa millisinin keçmiş futbolçusu Samir Nəsri UEFA Çempionlar Liqasının 1/8 finalının “Bayern” – PSJ (2:0) matçını şərh edib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Fransa təmsilçisinin heyətində futbolçuların fərdi səhvlərə yol verdiklərini bildirib:

“PSJ məğlubiyyətə layiq idi. İlk hissədə nəsə etmək üçün ümid var idi. Lakin fasilədən sonra hər şey ilk görüşdə olduğu kimi cərəyan etdi. Fərdi səhvlər yenə komanda üçün baha başa gəldi”.

 

İki oyunun nəticəsinə əsasən, Paris klubu “Bayern”ə 0:3 hesabı ilə uduzub və turnirlə vidalaşıb.


Digər xəbərlər

Xəbər xətti