Mərakeş DÇ-2030-a ev sahibliyi edə bilər.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, Afrika təmsilçisi İspaniya və Portuqaliya ilə birlikdə turnirin təşkilatçıları sırasında yer almaq niyyətindədir.
Buna səbəb namizədliyi UEFA tərəfindən öncədən təsdiqlənən Ukraynanın yeddi ildən sonra turnirin oyunlarını qəbul etmək ehtimalının aşağı olması göstərilib.
DÇ-2030-un ev sahibləri 2024-cü ildə keçiriləcək FİFA-nın 74-cü konqresində məlum olacaq.