“Betis” klubunun baş məşqçisi Manuel Pelleqrini UEFA Avropa Liqasının 1/8 finalının “Mançester Yunayted”lə ilk görüşündən sonra (1:4) açıqlama verib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ilk hissənin bərabər mübarizə şəraitində keçdiyini dilə gətirib:
“İlk hissədə yaxşı mübarizə apardıq. Antoni heyrətamiz qol vurdu. Üçüncü qol oyunun qırılma nöqtəsi idi. Matçın taleyi həmin beş dəqiqə ərzində həll olundu.
“Mançester Yunayted” oyunun sonuna doğru daha yaxşı oynadı. Birinci hissə bərabər mübarizə şəraitində keçdi. Fasilədən sonra buraxdığımız iki qol bizi tamamilə narahat etdi”.