Neymar əməliyyat olunub

16:51 10 Mart 2023

Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar əməliyyat olunub.

 

Sportarena.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu Qətərin paytaxtı Dohada xəstəxanaların birində cərrahi müdaxiləyə ehtiyac duyub.

 

Forvardın 3-4 aydan sonra məşqlərə başlayacağı bildirilib. O, fevralın 19-da "Lill"ə 4:3 hesabı ilə qalib gəldikləri Liqa 1-in XXIV tur matçında əzələsindən zədələnmişdi.

 

Qeyd edək ki, Neymar cari mövsüm bütün turnirlərdə PSJ-nin heyətində keçirdiyi 29 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə verib.


Digər xəbərlər

Xəbər xətti