Türkiyə millisinin sabiq ulduz futbolçusu Arda Turan zəlzələ baş vermiş bölgələrdən olan Marmarisə yollanıb.
Sportarena.az xəbər verir ki, o, burada təbii fəlakətdən əziyyət çəkən uşaqlarla görüşüb. “Qalatasaray”ın əfsanələrindən olan A.Turan uşaqlarla birlikdə dostluq matçı oynayıb.
Onun bu görüntüləri sosial şəbəkələrdə marağa səbəb olub.