“Neftçi”nin futbolçusu xorvatlara komandanın iddiasından danışdı

14:57 13 Mart 2023

“Neftçi”nin qapıçısı İvan Brkiç Xorvatiya mətbuatına açıqlama verib.

 

Sportarena.az “vecernji.hr” saytına istinadən xəbər verir ki, o, Azərbaycan kuboku haqda fikirlərini bildirib:

“Çempionatda “Sabah”la ikinci yer uğrunda mübarizə aparacağıq. Ölkə kubokunun yarımfinalındayıq. Əsas favoritlər “Qarabağ” və “Sabah” isə mübarizədən kənarlaşdırılıblar. Buna görə də, kubokda ciddi iddialarımız var”.

 

Hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “ağ-qaralar” “Qarabağ”dan 13, “Sabah”dan isə 4 xal geri qalır. Paytaxt komandası ölkə kubokunun yarımfinalında “Turan Tovuz”la qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti