“Barselona” tarixinin ən yaxşı üçüncüsü

14:06 13 Mart 2023

“Barselona” İspaniya La Liqasının 25-ci turunda “Atletik”i məğlub edib (1:0).

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matç Kataloniya təmsilçisinin qapıçısı Mark-Andre ter Ştegen üçün əlamətdar olub. O, “Barselona”nın heyətində ən çox oyunda qapısını toxunulmaz saxlayan üçüncü qolkiper kimi tarixə düşüb.

 

Bununla da, almaniyalı dəri əlcək sahibi bu göstəricidə üçüncü pilləyə yüksəlib (150). Ter Ştegen hazırda yalnız rekordçu Viktor Valdes (237) və Andoni Zubizarretadan (172) geri qalır.

 

Ter Ştegen 2014-cü ildən “Barsa”da çıxış edir.


Digər xəbərlər

Xəbər xətti