Emre Belözoğlundan "Beşiktaş" azerkeşlərinə: "Ləyaqətsiz və xaraktersizdilər"

18:23 13 Mart 2023

"Başakşəhər"in baş məşqçisi Emrə Belözoğlu Türkiyə Liqasının 25-ci turunda qarşılaşdıqları "Beşiktaş" oyununda rəqib komanda azerkeşlərinin onun ailəsinə etdiyi təhqirlərə münasibət bildirib.

 

Sportarena.az "CNN Türk"ə istinadən xəbər verir ki, o, rəqib azerkeşləri xaraktersiz adlandırıb:

"Bu oyuna iki qızımı gətirmişdim. Birinin 8, digərinin 5 yaşı var. Bu uşaqlar 30-35 dəqiqə təhqir və söyüş eşitdi. Həmin azerkeşlərin nə ləyaqəti və nə də xarakteri olduğunu düşünürəm.

Anam bu vaxta qədər atamdan başqa heç kimin əlini tutmayıb. Əgər şərəf axtarırlarsa gəlib bizdən götürə bilərlər.

O azerkeşlərin analarının əllərindən öpürəm.Analar insanlar adına ən dəyərli varlıqdır. Mənim anamı, həyat yoldaşımı təhqir etdikdən sonra gedib analarının əllərindən öpsünlər, varsa, həyat yoldaşlarını qucaqlasınlar".


Digər xəbərlər

Xəbər xətti