“Liverpul”un futbolçusu Roberto Firmino 2022/23 mövsümünün sonunda Premyer Liqa təmsilçisini tərk edə bilər.
Sportarena.az “goal.com”-a istinadən xəbər verir ki, o, karyerasını MLS-də davam etdirə bilər. “Sent-Luis” 31 yaşlı hücumçunun xidmətində maraqlıdır. Klub braziliyalı oyunçu üçün təklif hazırlayır.
Firminonun Mersisayd klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. O, bu mövsüm İngiltərə çempionatında 19 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.