Rusiya milli komandası Mərkəzi Asiya Futbol Assosiasiyasının (CAFA) ilk çempionatında iştirak edəcək.
Sportarena.az xəbər verir ki, bu barədə Tacikistan Futbol Federasiyasının mətbuat katibi "Match TV"yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya yığması bu il iyunun 9-dan 21-dək təşkil olunacaq turnirə qatılacaq.
Yarışda CAFA-nın altı üzvü - Tacikistan, İran, Özbəkistan, Türkmənistan və Əfqanıstan seçmələri iştiraklarını təsdiqləyiblər. Həmçinin Asiya komandalarından biri turnirə dəvət olunacaq.
Qeyd edək ki, FIFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya millisini, həmçinin bu ölkənin klublarını öz bayraqları altında keçirilən turnirlərdən kənarlaşdırıb.