Bir təqvim ilində ən çox qol vuran müdafiəçilər bilinib - SİYAHI

12:14 14 Mart 2023

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bir təqvim ilində ən çox qol vuran müdafiəçilərin adlarını açıqlayıb.

 

Sportarena.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda il ərzində 20 və daha çox qol vuran arxa xətt oyunçuları yer alıb.

 

XXI əsrdə bunu reallaşdıran hələlik yeganə müdafiəçi Ceyms Tavernierdir. Şotlandiyanın “Reyncers” klubunda çıxış edən ingiltərəli futbolçu 2022-ci ildə aktivinə 22 top yazdırıb.

 

Siyahıya argentinalı Daniel Passarella başçılıq edir. O, 1976-cı ildə rəqib qapılarına 27 dəfə yol tapıb.

 

 

   Futbolçu

    İl

   Ölkəsi

   Klubu

Qol

1

   Daniel Passarella   

   1976       

   Argentina    

   “River Pleyt”       

   27            

2

   Ronald Kuman

   1987

   Niderland

    PSV

   26

3          

   Edqardo Bauza

   1980

   Argentina

   “Rosario”

   23

4

   Ceyms Tavernier

   2022

   İngiltərə

   “Reyncers”

   22

5

   Ronald Kuman

   1989

   Niderland

   PSV, “Barselona”

   22

6

   Ronald Kuman

   1994

   Niderland

   “Barselona”

   21

7

   Edqardo Bauza

   1981

   Argentina

   “Rosario”

   21


Xəbər xətti