Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki görüş keçirilib.
Sportarena.az xəbər verir ki, “Portu” doğma meydanda “İnter”i qəbul edib. Matç qolsuz bərabərliklə bitib. İki matçın yekun nəticəsinə görə İtaliya təmsilçisi tur adlayıb.
Günün digər oyununda turnirin favoritlərindən sayılan “Mançester Siti” “Leyptsiq”lə üz-üzə gəlib. E v sahibi rəqibini darmadağın edərək 1/4 finala yüksəlib - 7:0.
Çempionlar Liqası, 1/8 final
Cavab oyunları
14 mart
Mançester Siti (İngiltərə) 7:0 Leyptsiq (Almaniya) (yekun)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 1:1
Portu (Portuqaliya) 0:0 İnter (İtaliya) (yekun)
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 0:1