“Real”ın yarımmüdafiəçisi Eden Hazard Belçika millisinə qayıtmağın mümkün olub-olmadığını açıqlayıb.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu milliyə qayıtmamaqda qərarlı olduğunu deyib:
“Mən yüz faiz milliyə qayıtmayacam. İndi komandada yeni, güclü nəsil var. Ona görə də, bu barədə düşünməyin mənası yoxdur. Fikrimi dəyişmək istəmirəm. Milli komandaya və yeni baş məşqçiyə uğurlar arzulayıram”.
Xatırladaq ki, 2022-ci il dünya çempionatındakı uğursuzluqdan sonra futbolçu millidəki karyerasını başa vurduğunu bildirib. O, 2008-2022-ci illərdə Belçika yığmasında çıxış edib.