Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya yığması ilə oynayacağı “Raiffeisen Arena” yararsız hala düşüb.
Sportarena.az yerli mətbuata istinadən xəbər verir ki, yanvarda istifadəyə verilən stadionda cəmi 3 oyun keçirilməsinə baxmayaraq, ot örtüyü artıq bərbad vəziyyətdədir.
Bu isə həm ev oyunlarını orada keçirən LASK klubunun, həm də Avstriya millisinin futbolçularının narazılığına səbəb olub. Yığmanın qapıçısı Aleksander Şlaqer ot örtüyündə yaşıllıqdan əsər-əlamət qalmadığını, yerin sürüşkən olduğunu bildirib.
Avstriya Futbol Assosiasiyası millinin rəsmi matçlarına qədər ot örtüyünün yaxşılaşdırılması üçün çalışmalara başlayıb.
Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, bundan üç gün sonra isə Estoniya millisi ilə “Raiffeisen Arena”da üz-üzə gələcək.