Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 finalının oyununa təyinat alıb.
Sportarena.az xəbər verir ki, referi Türkiyə klubu “Vakıfbank”la İtaliya təmsilçisi “Vero Volley” arasında baş tutacaq görüşü idarə edəcək.
Qarşılaşma martın 15-də İstanbulun “Vakıfbank Sport Salonu”nda gerçəkləşəcək.
Eldar Zülfüqarov ikinci hakim kimi iş başında olacaq. Matçın birinci hakimi funksiyasını isə serbiyalı Mirko Yankoviç yerinə yetirəcək.