"Palmaflor" və "Bluminq" komandaları arasında keçirilmiş Boliviya çempionatının VI tur matçının əsas vaxtına 43 dəqiqə əlavə olunub.
Sportarena.az xəbər verir ki, oyunun baş hakimi Xulio Qutyerres qonaqların qapısına iki penalti təyin edib və qırmızı vərəqə göstərərək iki futbolçunu meydandan qovub.
Görüşün sonlarında referi epizodların birində VAR-a müraciət edib, bu da 17 dəqiqə çəkib. Hakim qərarını 102-ci dəqiqədə açıqlayıb. Bundan əlavə, qarşılaşmada güclü yağış səbəbindən də gecikmə yaranıb.
Beləliklə, oyunun əsas vaxtına 43 dəqiqə əlavə edilib. Meydan sahibi "Palmaflor" 3:2 hesablı qələbəyə sevinib. Komandanın sonuncu qolu 128-ci dəqiqəyə təsadüf edib. Bu, ən uzun matç kimi ölkə çempionatının tarixinə düşüb.